Bakıda yanğın – İki azyaşlı ÖLDÜ

  • Space TV
  • 30 Noyabr 2019 10:42

Bakı şəhərinin Suraxanı rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və içərisindəki əşyalar 15 m² sahədə yanıb.

SPACE TV Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğınsöndürənlər hadisə yerinə çatana kimi iki azyaşlı tüstüdən boğulmuş halda xəstəxanaya aparılıb. Xəstəxanadan verilən məlumata əsasən, azyaşlılar yolda vəfat edib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Paylaş

 Xəbəriniz olsun