Bakıda yanacaq daşıyan maşın aşdı

  • Space TV
  • 2 Mart 2020 11:23

Bakıda Heydər Əliyev prospektində yol qəzası baş verib.

SPACE TV xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən verilən xəbərə görə, Heydər Əliyev mərkəzi yaxınlığında körpünün altında yük maşını aşıb.

Hadisə zamanı yanacaq daşıyan maşın aşıb. Qəzadan sonra yanacaq yola tökülüb və maşınların hərəkətində problem yaradıb.

Hazırda şəhər istiqamətində həmin hissəyədək sıxlıq müşahidə olunur.

Paylaş

 Xəbəriniz olsun