Bakıda yaddaş pozğunluğu olan kişi yoxa çıxdı

  • SpaceTV
  • 22 Oktyabr 2019 11:25

Bakıda yaddaş pozuntusu olan kişi itkin düşüb.

SPACE TV xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Oktyabrın 18-də saat 14:20-də 1961-ci il təvəllüdlü Muradov Bəxtiyar Əli oğlu evdən çıxıb və geri qayıtmayıb.

Bununla bağlı polisə onun qızı müraciət edib. O bildirib ki, atası yaddaş pozğunluğundan əziyyət çəkir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun