Bakıda xəstəxanada qadın özünü üçüncü mərtəbədən atıb

  • Space TV
  • 25 Yanvar 2021 14:16

Bakıda xəstəxanada müalicə alan qadın intihara cəhd edib.

Spacetv.az “Report”a istinadən xəbər verir ki, hadisə Xətai rayon ərazisində yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasında qeydə alınıb.

Belə ki, Masallı rayon sakini, 1971-ci il təvəllüdlü Ü.Mahmudova özünü müalicə aldığı xəstəxananın 3-cü mərtəbəsinin balkonundan atıb. Qadının vəziyyəti ağırdır.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun