Bakıda velosiped sürən uşağı avtomobil vuraraq öldürüb

  • Space TV
  • 4 Sentyabr 2020 10:27

Bakıda azyaşlını avtomobil vurub öldürüb.

Spacetv.az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Şağan qəsəbəsində baş verib.

Bakı şəhər sakini Ceyhun Əliyev idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən yolun hərəkət hissəsində olan velosipedçi, 2008-ci il təvəllüdlü Elmir Kərimzadəni vurub. Yaralı uşaq xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

E.Kərimzadə aldığı xəsarətlərdən xəstəxanada keçinib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun