Bakıda vəkil intihar etdi

  • Space TV
  • 27 Avqust 2020 16:43

Azərbaycan Vəkillər Kollegiyasının üzvü özünü asaraq öldürüb.

Spacetv.az “Report”a istinadən xəbər verir ki, Kollegiyadan fakt təsdiqlənib.

Bildirilib ki, vəkil Namiq Həsənov Binəqədi rayonu ərazisində özünü asaraq intihar edib.

Məlumata görə, N.Həsənovun anası bir müddət əvvəl dünyasını dəyişib. Bundan sonra onun səhhətində problem yaranıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, 1966-cı il təvəllüdlü N.Həsənov 2006-cı ildən Bakı şəhəri 11 saylı Vəkil Bürosunda çalışırdı.

Paylaş

 Xəbəriniz olsun