Bakıda uşaq bağçaları sərt karantindən sonra açılışa hazırlaşır – FOTO

  • Space TV
  • 10 Fevral 2021 10:29

Son vaxtlarda ölkədə koronavirus pandemiyasına qarşı aparılan tədbirlər nəticəsində sanitar vəziyyətin yaxşılaşması ilə əlaqədar fevralın 15-dən Bakı şəhəri üzrə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçaları fəaliyyətini davam etdirəcəklər.

Spacetv.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkün olduğundan Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir.

Bununla əlaqədar idarənin tabeçiliyində olan bütün bağçalarda dezinfeksiya işləri aparılıb.

Bağçalar tibbi maskalar, əlcəklər, hərarət ölçən aparatlar, dezinfeksiya məhlulları ilə təmin edilib. 

Burada oyun, yataq və digər otaqlarında hazırlıq işləri aparılır. Otaqların havalandırılması və təlimata uyğun dezinfeksiyası üçün tədbirlər həyata keçirilir. Mətbəx və sanitariya qovşaqlarına diqqət artırılacaq, burada mütəmadi dezinfeksiya işləri aparılacaqdır. 

Paylaş

 Xəbəriniz olsun