Bakıda üçmərtəbəli yataqxanada yanğın olub

  • Space TV
  • 22 Yanvar 2021 10:50

Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 1500 m² olan üçmərtəbəli yataqxana binasının ikinci və üçüncü mərtəbələrinin taxtadan ibarət arakəsmələri 70 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş

 Xəbəriniz olsun