Bakıda üç avtomobil toqquşdu

  • SpaceTV
  • 9 Oktyabr 2019 11:07

Nərimanov rayonunda 3 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

SPACE TV xəbər verir ki, qəza Akademik Həsən Əliyev və Əliyar Əliyev küçələrinin kəsişməsində qeydə alınıb.

“Kia” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq əvvəlcə “Mercedes” markalı nəqliyyat vasitəsinə, daha sonra həmin avtomobil “Kia Sportage” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Paylaş

 Xəbəriniz olsun