Fövqəladə Hallar Nazirliyi (FHN) “Baksol” yolu yaxınlığında tikinti materialları bazarında baş verən yanğınla bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Space TV –yə verilən məlumata görə, avqustun 22-də FHN-nin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, “Baksol” yolu yaxınlığında tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğının söndürülməsi üçün əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub.