Bakıda tarixi binanın boyanması ilə bağlı rəsmi açıqlama

  • Space TV
  • 5 Noyabr 2020 16:57

“Bakı şəhəri Akademik Zərifə Əliyeva küçəsi ilə Məmməd Əmin Rəsulzadə küçələrinin kəsişməsində yerləşən tarixi binanın fasadının bir hissəsinin qara və qızılı rəngə boyanması haqqında sosial şəbəkədə yayımlanan məlumatla bağlı bildiririk ki, paytaxtın müvafiq xidmətlərinin və Baş Polis İdarəsinin əməkdaşları tərəfindən dərhal həmin ərazinin əvvəlki vəziyyətə gətirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilib, binadakı obyektin icarədarı və sahibkar cəzalandırılıb”.

Spacetv.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidməti məlumat yayıb.

“Bununla əlaqədar belə neqativ hallara yol verənlərə qarşı reaksiyalarına görə vətəndaşlara minnətdarlığımızı bildiririk”,- məlumatda qeyd edilib.

Paylaş

 Xəbəriniz olsun