Bakıda süpürgəçini maşın vurdu, öldü

  • SpaceTV
  • 10 Oktyabr 2019 12:53

Bakıda süpürgəçini maşın vurub.

SPACE TV-in verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında aeroport yolunda, Olimpiya stadionunun yaxınlığında baş verib. Sabunçu rayon Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşı olan süpürgəçi qadın yolu süpürərkən onu maşın vurub.

SPACE TV xəbər verir ki, xəstəxanadan Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinə verilən məlumata görə, metronun “Koroğlu” stansiyası yaxınlığında piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsində xəsarət alan qadın, qəzanı törədən sürücünün avtomobili ilə 3 saylı şəhər xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Paylaş

 Xəbəriniz olsun