Bakıda şirniyyat sexində kişi meyiti tapılıdı

  • Space TV
  • 9 Sentyabr 2020 16:20

Bakının Sabunçu rayonunda gəncin meyiti iş yerində tapılıb.

Bu barədə Spacetv.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlum olub ki, 8 sentyabr, saat 15:15 radələrində Bəşir Bünyatov küçəsində yerləşən şirniyyat sexinin dördüncü mərtəbəsində 1998-ci il təvəllüdlü Vüsal Məmmədovun cəsədi tapılıb. Cənazəni müayinə edən patoloqanatomlar onun göz və alın nahiyəsində zədələr aşkarlayıblar.

Öldükdən sonra V.Məmmədovun meyitinin gəmiricilərin hücumu nəticəsində tanınmaz hala düşdüyü güman edilir.

Ölümün səbəbinə gəlincə, ilkin məlumatlara görə, gənc artıq dozada narkotik qəbulundan ölüb. V. Məmmədovun əllərində xarakterik yara və iynə izləri tapılıb. Lakin məhkəmə-tibbi ekspertizasının nəticəsi hələ hazır deyil.

Rayon prokurorluğu faktla bağlı araşdırma aparır.

Paylaş

 Xəbəriniz olsun