Bakıda sexdən oğurluq edən dəstədən narkotik aşkarlandı

  • Space TV
  • 24 Fevral 2021 12:41

Bakıda sexdə oğurluq hadisəsi olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsi 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 22-də rayon ərazisindəki qapı-pəncərə sexlərindən birinin qarşısından 5 400 manat dəyərində aliminum profilləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Z.Cəlilov və əvvəllər məhkum olunmuş M.Abbasov saxlanılıblar.

Şəxsi axtarış zamanı onlardan heroin götürülüb.

Paylaş

 Xəbəriniz olsun