Bakıda sexdə yanğın olub

  • Space TV
  • 10 Fevral 2021 17:15

Bakıda sexdə yanğın baş verib.

Spacetv.az xəbər verir ki, hadisə Nərimanov rayonunda yerləşən istehsalat sexinin elektrik sistemində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Yanğının geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa vaxtda söndürülüb.

Paylaş

 Xəbəriniz olsun