Bakıda sexdə 18 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürdü

  • Space TV
  • 17 Sentyabr 2020 12:03

Bakıda bədbəxt hadisə baş verib. 

Spacetv.az-ın xəbərinə görə, hadisə sentyabrın 16-sı saat 22:10 radələrində paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, avtomobil təmiri sexində 2002-ci il təvəllüdlü Rzayev İlyas Elsəvər oğlunu elektrik cərəyanı vurub.  

3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılan 18 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun