Bakıda sərnişin dayanacaqda öldü

  • Space TV
  • 16 Dekabr 2019 15:49

Bakıda ölüm hadisəsi baş verib.

SPACE TV-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Səməd Vurğun parkı yaxınlığında qeydə alınıb. Ərizədəki dayanacaqda avtobus gözləyən orta yaşlı kişi qəfildən yıxılaraq ölüb.

Hadisə yerinə polis və təcili tibbi yardım çağırılıb. İlkin məlumata görə, sərnişin ürək çatışmazlığından vəfat edib. Ölümün dəqiq səbəblərini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun