Bakıda sərnişin avtobusu ilə minik maşını toqquşdu, yaralı var

  • SpaceTV
  • 30 Noyabr 2019 11:58

Bakının Suraxanı rayonunda yol-nəqliyyatı hadisəsi zamanı sərnişin xəsarət alıb.  

SPACE TV xəbər verir ki, qəza Qaraçuxur qəsəbəsi “Aura” şadlıq sarayının qarşısında baş verib.  

104 nömrəli “İSUZU” markalı sərnişin avtobusu ilə “Mercedes” markalı minik avtomobili toqquşub. 

Hadisə nəticəsində avtobusda olan sərnişin, 1987-ci il təvəllüdlü Hüseynov Anar Vaqif oğlu xəsarət alıb. 

Yaralı 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.  

Faktla bağlı araşdırma aparılır.  

Paylaş

 Xəbəriniz olsun