Bakıda restoranın kassası qarət edildi

  • Space TV
  • 22 Avqust 2020 11:30

Bakıda restoranda oğurluq hadisəsi baş verib.

Spacetv.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda naməlum şəxs restoranlardan birinin kassasından 200 manat oğurlayıb.

Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Zaur Fətəliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun