Bakıda qoca kişini bıçaqladılar

  • SpaceTV
  • 5 Oktyabr 2019 12:21

Bakının Sabunçu rayonunda qonşular arasında bıçaqlanma hadisəsi qeydə alınıb.

SPACE TV xəbər verir ki, Ramana qəsəbəsi, V.Vəliyev küçəsində qonşular arasında yaranan mübahisə bıçaqlanma ilə bitib.

Belə ki, Mikayıl adlı şəxs qonşusu, 1947-ci il təvəllüdlü Babayev Teymur Tahir oğluna bıçaqla bir neçə zərbə vuraraq xəsarət yetirib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona sağ qolun və qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun