Bakıda qızlar ərəblərə həyatlarının şokunu yaşatdı

  • SpaceTV
  • 21 Yanvar 2020 12:06

Bakıda Ərəbistan vətəndaşları qarət olunub.

SPACE TV xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib. Yasamal rayonu, M.İbrahimov küçəsi 5 ünvanında yerləşən “Prestij” hostelində Səudiyyə Ərəbistanı vətəndaşları olan turistlər – 1998-ci il təvəllüdlü Alnekhian Mohammed Khlidin 1000 manatı və 1993-cü il təvəllüdlü Albishi Mübarək Saccidin 450 manatı oğurlanıb.

Hər iki şəxs hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, pulları onlara qonaq gəlmiş Sabirabad rayon sakini, 1991-ci il təvəllüdlü Mehrəliyeva Kimyaxanım Qulu qızı və Tərtər rayon sakini, 1987-ci il təvəllüdlü Ağayeva Xəyalə Qalib qızı oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun