Bakıda qardaş qardaşı bıçaqladı

  • SpaceTV
  • 29 May 2020 11:25

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. 

Zabrat qəsəbəsində 1979-cu il təvəllüdlüNiyaməddin Həsənovkiçik qardaşı tərəfindən iki bıçaq xəsarəti alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı onun boyun və qarın boşluğunda kəsilmiş-deşilmiş yaralar aşkarlanıb. N.Həsənov cərrahi əməliyyat olunub.

İlkin məlumata görə, hadisəni törədən şəxs sərxoş imiş. 

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun