Bakıda qadınlar arasında dava düşüb, 1 nəfər yaralanıb

  • SpaceTV
  • 16 Oktyabr 2019 10:40

Nərimanov rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən dava baş verib.

Rayonun A.Heydərov küçəsi ev 26 ünvanının qarşısında Mənzər və Kəmalə adlı şəxslər Bakı şəhər sakini 1965-ci il təvəllüdlü Hümbətova Sima Abbasqulu qızını döyərək xəsarət yetiriblər.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsində araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun