Bakıda qəzada ölən şəxsin kimliyi bilindi – YENİLƏNİB + FOTO

  • Space TV
  • 5 Sentyabr 2020 17:22

Bakıda yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi məlum olub.

Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, qəzada ölən şəxs 1971-ci il təvəllüdlü Babayev Həmid Arif oğludur.

Onun meyiti qohumlarına təhvil verilib.

14:12

Bakıda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölən kişinin yaxınları axtarılır.

Xəzər Rayon Polis İdarəsinin 2-ci polis şöbəsindən verilən məlumata görə, bu il avqustun 11-də axşam saat 22:50-də Buzovna-Maştağa yolunda yol-nəqliyyat hadisəsi zamanı ölən 42-50 yaş arası kişinin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. 

Şəkildəki şəxsi tanıyanlardan 050 500 06 68, 070 272 72 71 nömrələri ilə əlaqə saxlamaq xahiş olunur.

Paylaş

 Xəbəriniz olsun