Bakıda qəribə soyğun: Cinayətkar alışqanla silahlandı

  • Space TV
  • 5 Noyabr 2020 11:58

Bakının Nizami rayonunda yerləşən lombardın işçisi qarət edilib.

Bu barədə Spacetv.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Cinayət hadisəsi 4 noyabr günorta saatlarında, Qara Qarayev prospektində olub.

Belə ki, bir kişi lombarda girib və 1971-ci il təvəllüdlü işçi Nəzakət Bayramovanı tapança ilə hədələyərək əlindəki bütün pulları verməsini tələb edib. Bu zaman lombarda rayon təhlükəsizlik şöbəsinin əməkdaşları gəlib və onlar cinayətkarı 25-ci polis bölməsinə aparıblar.

Saxlanılan şəxsin 1990-cı il təvəllüdlü paytaxt sakini Emin İsgəndərov olduğu müəyyən edilib. Ondan götürülən tapança adi alışqan olub.

Quldurluq hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Paylaş

 Xəbəriniz olsun