Bakıda polo üzrə Dünya Kuboku başlayır

  • SpaceTV
  • 13 Sentyabr 2019 11:37

Bu gün Bakıda polo üzrə Dünya Kubokuna start veriləcək. 

Space xəbər verir ki, 3 gün davam edəcək yarışda Azərbaycan, Rusiya, Almaniya və İsveçrə klubları mübarizə aparacaqlar. 

İlk oyun Azərbaycanı təmsil edən “Elite Horse & Polo Club Baku” və İsveçrə “Evviva Polo Club St. Moritz”i arasında olacaq. Matçın start fiti saat 15:00-da veriləcək. Bu qarşılaşma bitdikdən sonra “Los Nocheros Polo Club Münster” (Almaniya) “Planernaya Polo Club Moscow” (Rusiya) klubunu sınağa çəkəcək. 

Sentyabrın 14-də saat 15:00-da İsveçrə və Almaniya təmsilçiləri üz-üzə gələcəklər. Ardınca “Elite Horse & Polo Club Baku” meydana çıxacaq. Komandamızın rəqibi “Planernaya Polo Club Moscow” olacaq.

Reqlamentə əsasən, sentyabrın 15-də isə üçüncü yer uğrunda matç olacaq. Yarışa final qarşılaşması ilə yekun vurulacaq. Bu görüşlər saat 15:00 və 16:15-də başlayacaq. 

Paylaş

 Xəbəriniz olsun