Bakıda ölümə səbəb olan içkini satan mağaza sahibi tutuldu

  • Space TV
  • 7 Yanvar 2020 12:29

Bakıda zəhərlənərək ölən şəxsin spirtli içkini haradan aldığı məlum olub.

SPACE TV-in xəbərinə görə, araşdırma zamanı dünyasını dəyişmiş Yusif Hüseynovun spirtli içkini 8-ci kilometr bazarında topdan satış mağazasından aldığı müəyyən edilib.

Daha sonra spirtli içkini satan mağazanın sahibi Səlim Seyidov saxlanılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Y.Hüseynov zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib və orada ölüb. Onun spirtli içkidən zəhərlənərək öldüyü məlum olub.

Paylaş

 Xəbəriniz olsun