Bakıda ödəmə terminalından 3500 manat oğurlanıb

  • Space TV
  • 2 Mart 2021 11:55

Bakıda ödəmə terminalından pul oğurlayan şəxs tutulub.

Bu barədə Spacetv.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 25-də rayon ərazisindəki mağazaların birindən 306 manat, oradakı “E-manat” ödəmə terminalından isə 3 510 manat pul oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş R.Mahmudov və Ağdaş rayon sakini R.Hümbətov saxlanılıb.

Paylaş

 Xəbəriniz olsun