Bakıda naməlum kişi meyiti tapıldı – FOTO

  • Space TV
  • 17 Fevral 2021 14:37

Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava ərazisində 45-50 yaşlarında əynində qara gödəkçə və cins şalvar olan naməlum kişi meyiti tapılıb. 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, müayinələr zamanı onun üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Onun əlamətləri belədir: Arıq bədən quruluşlu, saçları ağ, gözləri qara rənglidir. 

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 – Zəng Mərkəzi”nə, həmçinin Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə (012) 432-30-28 şəhər və (055) 284-50-50 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Paylaş

 Xəbəriniz olsun