Bakıda metro yaxınlığında qan töküldü: Orta yaşlı qadın öldürüldü

  • SpaceTV
  • 29 Noyabr 2019 13:12

Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

SPACE TV xəbər verir ki, metronun “Dərnəgül” stansiyası yaxınlığında orta yaşlı qadın naməlum şəxs tərəfindən bıçaqlanıb. Süleyman Sani Axundov küçəsindəki kafenin yaxınlığında ürək, qarın və kürək nahiyəsindən 4 bıçaq xəsarəti alan yaralı xəstəxanaya çatdırılıb. Lakin qadın yolda keçinib.

Meyitin üzərinə ilkin baxış keçirilən zaman şəxsiyyətini təsdiq edən sənəd aşkarlanmayıb. İlkin məlumata görə, qətli törədən şəxslə qadın arasında mübahisə baş verib. Nəticədə həmin şəxs qadına bıçaqla xəsarət yetirib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun