Bakıda metro yaxınlığında qadınlar arasında dava

  • SpaceTV
  • 30 Oktyabr 2019 13:12

Bakıda “Qara Qarayev” stansiyası yaxınlığında qadınlar arasında dava düşüb.

SPACE TV xəbər verir ki, bu barədə ATV kanalında məlumat verilib. Hadisə şahidlərinin sözlərinə görə, dava mağazalardan birinin satıcısı ilə həmin ərazidə təmizlik işlər aparan iki süpürgəçi arasında baş verib.

Əlbəyaxa dava nəticəsində süpürgəçilər müxtəlif bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma başlayıb.

Paylaş

 Xəbəriniz olsun