Bakıda maşın yandı: Tıxac yarandı

  • SpaceTV
  • 22 Oktyabr 2020 16:29

Bakıda evakuator yanıb.

Spacetv.az xəbər verir ki, hadisə Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Man” markalı evakuator qəfildən alışaraq yanmağa başlayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.

Baş vermiş hadisə ilə əlaqədar Bakı Dairəvi Yolunda tıxac yaranıb.

Əraziyə yol polis əməkdaşları cəlb edilib.

Araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun