Bakının Yasamal rayonunda avtomobil yanıb.
“Space” xəbər verir ki, hadisə Abdulvahab Salamzadə küçəsi 2-də qeydə alınıb.
“BMW” markalı 10-OR-191 dövlət nömrə nişanlı minik avtomobili alışıb. Nəticədə avtomobilin mühərrik hissəsində elektrik avadanlıqları və salonu yanaraq yararsız vəziyyətə düşüb.
Nəqliyyat vasitəsinin digər hissəsi FHN-nin Nəsimi rayon Yanğından Mühafizə Bölməsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.
Hadisə yerinə evakuator cəlb edilib və nəqliyyat vasitəsi ərazidən aparılıb.