Bakıda maşın oğurlayan şəxs tutuldu

  • Space TV
  • 14 Noyabr 2020 14:34

Bakının Suraxanı rayonunda maşın oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Spacetv.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Suraxanı RPİ 31-ci  Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 7-də rayon ərazisindən V.Cəfərova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən V.Ağayev saxlanılıb.

Paylaş

 Xəbəriniz olsun