Bakıda marşrut avtobusu yanır

  • Space TV
  • 25 Dekabr 2019 10:44

Bakıda marşrut avtobusu yanır.

SPACE TV xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında “Daewoo” markalı 30 nömrəli marşrut avtobusunun mühərrikxanasında anidən yanğın baş verib.

Avtobusda olan şərnisinlər dərhal təxliyə olunub.

Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda marşrut avtobusunun yanması ilə bağlı məlumat yayıb.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayevin verdiyi məlumata görə, dekabrın 25-də saat 09:40 radələrində Qara Qarayev prospekti (“Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında) “Transkontrol” MMC-nin müvəqqəti istismarında olan 30 nömrəli müntəzəm marşrut üzrə 10 TG 385 DQ nömrəli avtobus hərəkətdə olan zaman mühərrik bölməsində yanğın baş verib. Yanğına sürücü Məmmədov Elçin tərəfindən müdaxilə edilərək yerində söndürülüb. Eyni zamanda hadisə yerinə FHN yanğından mühafizə xidməti gəlib. Avtobusda xəsarət alan yoxdur.

Paylaş

 Xəbəriniz olsun