Bakıda marşrut avtobusu qəzaya uğradı

  • SpaceTV
  • 3 Dekabr 2019 11:12

Bakı-Sumqayıt yolunda qəza baş verib.

SPACE TV-in məlumatına görə, hadisə Bakı-Quba yolunun Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan “Toyota” markalı 50 DP 566 dövlət nömrə nişanlı avtomobillə 135 nömrəli müntəzəm xətt marşrutu ilə hərəkət edən sərnişin avtobusu toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, Bakı-Sumqayıt yolunda tıxac yaranıb. 

Paylaş

 Xəbəriniz olsun