Bakıda marşrut avtobusu qəza törətdi: ÖLƏN VAR

  • SpaceTV
  • 14 Yanvar 2020 17:05

Bakıda marşrut avtobusu ağır qəza törədib.

SPACE TV xəbər verir ki, hadisə Binəqədi-Novxanı yolunda baş verib.

165 saylı marşrut avtobusu yolu keçən 1958-ci il təvəllüdlü Hidayət Mahmud oğlu Əliyevi vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

Hadisəni törədən 90 LZ 839 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Namiq Nürəddin oğlu Ağayev barəsində cinayət işi açılıb.

Paylaş

 Xəbəriniz olsun