Bakıda mağazadan 17 min manat oğurlayan şəxs ələ keçdi

  • Space TV
  • 28 Yanvar 2021 14:38

Bakıda mağazadan oğurluq edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən xəbərə görə, Xətai Rayon Polis İdarəsi 34-cü Polis Şöbəsinə yanvarın 23-də rayon ərazisindəki marketlərin birindən Bakı şəhər sakini R.Vəlizadənin içərisində 17 000 manatı və sənədi olan pulqabısının oğurlanması barədə məlumat daxil olub.

Aparılan əməliyyatla oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini N.Sayadov saxlanılıb.

Paylaş

 Xəbəriniz olsun