Bakıda mənzildən qadın meyiti tapıldı

  • Space TV
  • 12 Fevral 2021 16:45

Bakıda mənzildən meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Nizami rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1965-ci il təvəllüdlü Dadaşova Şəfaqət Ağasət qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Paylaş

 Xəbəriniz olsun