Bakıda mənzildən meyit tapılıb

  • SpaceTV
  • 20 Noyabr 2020 14:44

Bakıda mənzildən kişi meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Spacetv.az-a verilən məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda bir nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1959-cu il təvəllüdlü Abbasov Azər Zahid oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Paylaş

 Xəbəriniz olsun