Bakıda mənzildən meyit tapıldı

  • Space TV
  • 12 Sentyabr 2020 13:40

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən Spacetv.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1961-ci il təvəllüdlü Əliyev Tofiq Rəhman oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Paylaş

 Xəbəriniz olsun