Bakıda mənzildən kişi meyiti tapıldı

  • Space TV
  • 12 Fevral 2021 14:41

Bakıda mənzildən kişi meytiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətin məlumat yayıb.

Bildirilib ki, nazirliyin qaynar xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1967-ci il təvəllüdlü Bakıxanov Fərrux Aqşin oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Paylaş

 Xəbəriniz olsun