Bakıda mənzildə meyit aşkarlandı

  • Space TV
  • 15 Sentyabr 2020 13:40

Bakı şəhərinin Nizami rayonunda mənzildən bir nəfərin meyiti tapılıb.

Spacetv.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması ilə bağlı müraciət daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıblar.

Orada aşkarlanan 1957-ci il təvəllüdlü İsmayılov Sədi Məmməd oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Paylaş

 Xəbəriniz olsun