Bakıda küçədə qadın meyiti tapıldı

  • SpaceTV
  • 20 Yanvar 2020 16:20

Ötən gün Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində küçədə qadın meyiti tapılıb.

Bu barədə SPACE TV-ə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Meyitin üzərində zorakı əlamətlərə rast gəlinməyib.

45-50 yaşlarında olan qadının şəxsiyyəti hələ müəyyən edilməyib.

Polisin ilkin versiyasına görə, qadının daimi yaşayış yeri olmayıb və səfil həyat tərzi sürüb. 

Paylaş

 Xəbəriniz olsun