Bakıda küçədən meyit tapılıb.
SPACE TV bildirir ki, Nizami rayon sakini, 1987-ci təvəllüdlü Məhərrəmov Ayaz Vidadi oğlunun meyiti yaşadığı rayonun ərazisində yerləşən küçələrin birindən tapılıb.
Meyitin ilkin müayinəsi zamanı onun yüksək dozada narkotikdən zəhərlənməsi müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.