Bakıda kran doqquzmərtəbəli binanın üzərinə aşdı: Bir nəfər ölüb, yaralılar var – YENİLƏNİB

  • Space TV
  • 4 Sentyabr 2020 15:36

Bakının Nəsimi rayonu, Mövsüm Sənani küçəsi 29 ünvanında kranın aşması nəticəsində ölən şəxsin kimliyi bilinib.

Spacetv.az xəbər verir ki, həmin şəxs kranın sürücüsü 1983-cü il təvəllüdlü Cəfərov Elvin İbrahim oğludur.

Həmin kranın “Qaranti inşaat” şirkətinə məxsus olduğu bildirilir.

14:28

Bakıda kran doqquzmərtəbəli yaşayış binasının və avtomobillərin üzərinə aşıb.

Spacetv.az xəbər verir ki, şahidlərin verdiyi məlumata görə, hadisə Həsən Əliyev küçəsində yerləşən “Baku Clinic”in yaxınlığında baş verib.

Hadisə zamanı kranın sürücüsü xəsarət alıb, həmçinin ətrafda olan avtomobillərə ciddi ziyan dəyib.

Paylaş

 Xəbəriniz olsun