Bakıda kişi və qadın dəm qazından zəhərlənərək öldü

  • Space TV
  • 22 Dekabr 2020 11:12

Bakının Xətai rayonunda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Spacetv.az-a bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilir ki, dekabrın 21-də saat 18:00-da Məhəmməd Hadi küçəsindəki 96 nömrəli evdə Şamil İbrahimovun (1988-ci il təvəllüdlü) və Gəncə sakini Emilya Bağırovanın (1981-ci il təvəllüdlü) cəsədləri tapılıb.

Məhkəmə tibbi ekspertizasının ilkin nəticəsinə görə, onlar dəm qazından zəhərlənərək ölüblər.

Faktla əlaqədar istintaq başlanılıb.

Paylaş

 Xəbəriniz olsun