Bakıda kişi qardaşının boğazını kəsdi

  • Space TV
  • 25 Dekabr 2019 15:53

Bakının Nəsimi rayonunda doğma qardaşlar arasında bıçaqlanma hadisəsi baş verib.

Bu barədə SPACE TV-ə hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Dekabrın 24-ü saat 14:30 radələrində Mir Cəlal küçəsində yerləşən 75 nömrəli evdə qardaşlar arasında münaqişə yaşanıb.

Mübahisə zamanı 42 yaşlı Aqil Məmmədov qardaşı, 51 yaşlı Emil Məmmədovun boğazını kəsib.

Nəticədə E.Məmmədov xəstəxanaya yerləşdirilib, qardaşı isə Nəsimi rayonu 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda hadisənin səbəbləri araşdırılır.

Paylaş

 Xəbəriniz olsun