Bakıda keçmiş məhkum olan cütlük ev yardı

  • SpaceTV
  • 2 Noyabr 2019 14:17

Bakıda əvvəllər məhkum olunmuş ər-arvad saxlanılıb.

SPACE TV xəbər verir ki, oktyabr ayının 31-dən noyabr ayının 1-ə keçən gecə paytaxtın Xəzər rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. 

Hadisə bir yox, iki nəfər tərəfindən həyata keçirilib. Daha da maraqlısı odur ki, oğurluq edən şəxslər daha əvvəl məhkum olunmuş ər-arvad olub.

Belə ki, 1990-ci il təvəlüdlü Amid Əli oğlu Əliyev və arvadı, 1988-ci il təvəllüdlü Tehran Nizami qızı Məmmədova Xəzər rayonu ərazisində yerləşən, Rauf Abdullayevə məxsus evə girərək oradan televizor və digər məişət avadanlıqlarını oğurlayıblar. 

Onu da qeyd edək ki,  T.Məmmədova daha əvvəl CM-nin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), əri A.Əliyev isə CM-nin 177-ci maddəsi ilə ( Oğurluq) məhkum olunublar. 

Onların analoji hadisələrlə əlaqələrinin olub-olmaması ilə bağlı araşdırma aparılır. 

Paylaş

 Xəbəriniz olsun