Bakıda karantini pozaraq məclis keçirənlər cəzalandırıldı

  • Space TV
  • 3 Sentyabr 2020 17:28

Bir qrup şəxsin xüsusi karantin qaydalarını pozaraq əyləncə məclisi keçirmələri barədə “Instagram” sosial şəbəkəsində görüntülər paylaşılıb.

Bu barədə Spacetv.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin məclisin təşkilatçısı və iştirakçıları müəyyən edilib, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Sabunçu rayonunun Ramana qəsəbəsindəki evlərin birində keçirilmiş ad günü məclisinin təşkilatçısı İbrahim Hüseynov, iştirakçıları Rüfanə ƏzimzadəOfeliya ƏzimzadəGünay Tapdıqova və Aydan Muxtarova xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılıblar.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokollar tərtib olunaraq hər biri 100 manat cərimə olunub.

Paylaş

 Xəbəriniz olsun